Avtosfer.az | Reklam
Ralli üzrə çempionatın son mərhələsi meşə yanğınlarına görə təxirə salınıb
Yarışma 12 Noyabr 2019 12:45 120 dəfə oxunub
Ralli üzrə çempionatın son mərhələsi meşə yanğınlarına görə təxirə salınıb
Rallinin hansı tarixdə reallaşacağı barədə məlumat verilmir

Noyabrın 14-dən Avstraliyada start götürməli olan ralli üzrə dünya çempionatının (WRC) son mərhələsi təxirə salınıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, buna səbəb qitənin şimal-şərq sahillərində baş verən geniş miqyaslı meşə yanğınlarıdır. Rallinin hansı tarixdə reallaşacağı barədə məlumat verilmir.

Qeyd edək ki, “Toyota” komandasından estoniyalı Ott Tyanak 24 - 27 oktyabrda İspaniyada keçirilən mərhələdə çempionluğu vaxtından əvvəl təmin edib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh