Mikroavtobus zürafəyə, o da ev-maşına çırpıldı: 1-i ağır, 4 yaralı - FOTO

Qəzalar 12 Noyabr 2019 18:30 Oxunub 1020
Mikroavtobus zürafəyə, o da ev-maşına çırpıldı: 1-i ağır, 4 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquq-mühafizə orqanları tərəfindən hadisənin baş vermə səbəbləri araşdırılır

Cənubi Afrika Respublikasında (CAR) 2 nəqliyyat vasitəsinin və zürafənin iştirakı ilə baş verən qəzada 4 nəfər xəsarət alıb. Avtosfer.az xəbər verir ki, insident ötən gün Kryuqer Milli Parkında qeydə alınıb.

Məlumata görə, içərisində 13 turistin olduğu mikroavtobus safari zamanı zürafəni vurub. Zərbənin şiddətindən zürafə, qarşıdan gələn isveçli ər-arvadın ev-maşınına çırpılıb. 

Nəticədə heyvan tələf olub, ev-maşınının sürücüsü ağır, həyat yoldaşı və turistlərdən 2 nəfər xəsarət alıb. Yaralılar Yoxannesburq şəhərində yerləşən xəstəxanaya yerləşdiriliblər.

Hüquq-mühafizə orqanları tərəfindən hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh