Avtosfer.az | Reklam
Naxçıvan qeydiyyatında olanlara DİN-dən vacib XƏBƏR
Gündəm 12 Noyabr 2019 18:45 479 dəfə oxunub
Naxçıvan qeydiyyatında olanlara DİN-dən vacib XƏBƏR
Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində səyyar xidmət keçiriləcək

Daxili İşlər Nazirliyinin fəaliyyətinin bütün istiqamətlərində vətəndaşlara yüksək standartlara uyğun xidmətin göstərilməsi üçün zəruri tədbirlər davam etdirilir. Bununla əlaqədar, Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olan, lakin paytaxtda və respublikanın digər şəhər və rayonlarında müvəqqəti və ya daimi yaşayan vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi məqsədi ilə  2019-cu ilin noyabr ayının 15-dən dekabr ayının 5-dək Bakı şəhəri, Nərimanov rayonu Mirzəbala Məmmədzadə küçəsi 46 ünvanında yerləşən Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyində səyyar xidmət keçiriləcək.
Yeni şəxsiyyət vəsiqəsi almaq və ya dəyişmək istəyən Naxçıvan MR-də yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlar hər gün (bazar günləri istisna olmaqla) yuxarıda qeyd olunan unvana müraciət edə bilərlər. 

 

Emin

ŞƏRH YAZ
Ad
E-mail
Şərh