Bakıda 2 nəfər yolu kəsib qıza hücum etdi - RƏSMİ AÇIQLAMA - VİDEO

Gündəm 13 Noyabr 2019 10:40 Oxunub 2773
Bakıda 2 nəfər yolu kəsib qıza hücum etdi - RƏSMİ AÇIQLAMA - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırmanın nəticəsindən asılı olaraq buna hüquqi qiymət veriləcək

“Sosial şəbəkələrdə yayılan videogörüntülərdən məlumatlıyıq, müvafiq rayon polis idarəsində araşdırma aparılır”. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, araşdırmanın nəticəsindən asılı olaraq buna hüquqi qiymət veriləcək.

Qeyd edək ki, Bakıda gecə saatlarında iki nəfər şəxs küçədə yolu bağlayıb, avtomobillərin hərəkətində problem yaradıb. Həmçinin onlar küçə ilə gedən qadına hücum ediblər. Daha sonra ətrafdakı insanlar həmin şəxslərin qanunsuz hərəkətlərinin qarşısını alıblar.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh