Yol polisindən sürücülərə daha bir MÜRACİƏT - VİDEO

Yol polisi 13 Noyabr 2019 13:15 Oxunub 5265
Yol polisindən sürücülərə daha bir MÜRACİƏT - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu baş verə biləcək qəzaların sayının azalmasında mühüm rol oynayacaq

Bir çoxları rayonlararası hərəkətdə olan sürücülərin məsuliyyətsiz hərəkəti qəzalara səbəb olur. Belə ki, yuxusuz halda yola çıxır, yolda dincəlmir və nəticədə qəzalar baş verir.  Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Avtosfer.az-a açıqlamasında profilaktik tədbirlərə baxmayaraq, bəzi hərəkət iştirakçılarının bu tövsiyələrə əməl etmədiyini bildirib:


“Sürücülərə müraciət edərək bildirmək istərdik ki, hər hansı sürücü səfərə çıxmazdan əvvəl avtomobilinə xüsusi diqqət yetirməlidir. Sürücü və sərnişinlər təhlükəsizlik kəmərindən istifadə etməlidir və təbii ki, hərəkət zamanı sürət rejiminə, manevretmə qaydalarına, eləcə də, digər təhlükəsizlik tədbirlərinə ciddi əməl olunmalıdır. Yorğun və yuxusuz halda sükan arxasında əyləşmək yolverilməzdir. Yollardakı polis postlarında sürücülər üçün istirahət otaqları var. İstənilən sürücü yorğun olduğu halda, postlarda avtomobillərini saxlayıb, bu otaqlardan istifadə edə bilər. Bu da baş verə biləcək qəzaların sayının azalmasında mühüm rol oynayacaq.”

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh