Aksiz markası ilə markalanmayan siqaretləri ölkə ərazisinə keçirmək istədi

Gündəm 13 Noyabr 2019 20:15 Oxunub 3792
Aksiz markası ilə markalanmayan siqaretləri ölkə ərazisinə keçirmək istədi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda tütün məmulatlarının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

Belə ki, Kiyev-Bakı aviareysi ilə gələn sərnişinləri qarşılayan Azərbaycan Respublikası vətəndaşı həmin sərnişinlərdən siqaretləri qəbul edib vəhava limanının qarşısındakı "Kia Optima" markalı avtomobilə yığarkən saxlanılıb. Daha sonra nəqliyyat vasitəsinə baxış keçirilib. Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin yük yerindəki 2 ədəd sellofan paketdə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 14000 ədəd "HEETS" və 600 ədəd "Parliament Silver Blue" markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh