Ağcabədidə mağazadan oğurluq edilib - FOTO

Gündəm 14 Noyabr 2019 09:00 Oxunub 662
Ağcabədidə mağazadan oğurluq edilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır

Ağcabədi rayonunda oğurluq hadisəsi baş verib. Avtosfer.az-ın “Report”a istinadən verdiyi məlumata görə, rayon sakini Orxan Rzayev ona məxsus mağazadan naməlum şəxs və yaxud şəxslər tərəfindən oğurluq edildiyini bildirib. Rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, oğurluq hadisəsini Xəyal Qurbanov edib. O, ilkin ifadəsində törətdiyi əməli etiraf edərək mağazadan gecə saatlarında siqaret və digər əşyalar oğurladığını bildirib. X.Qurbanov saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh