Metroda cibgirlik edən şəxsin məhkəməsi başlayır

Gündəm 14 Noyabr 2019 10:40 Oxunub 655
Metroda cibgirlik edən şəxsin məhkəməsi başlayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hakim Azər Tağıyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək

Bakı metrosunda cibgirlik etməkdə təqsirləndirilən Nazim Heydərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Hakim Azər Tağıyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, N.Heydərov bu ilin sentyabr ayında polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini H.Musayev “28 May” stansiyasında cibində olan 188 manat pulunun oğurlandığını bildirib.

İctimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə oğurluq etməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Xırdalan şəhər sakini Nazim Heydərov metronun “Koroğlu” stansiyasında polis əməkdaşları tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 177.2.5-ci (zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla oğurluq) maddəsi ilə ittiham verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh