Şəmkirdə iki "VAZ 2107" toqquşdu, ölən var

Qəzalar 14 Noyabr 2019 13:15 Oxunub 839
Şəmkirdə iki "VAZ 2107" toqquşdu, ölən var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Çaparlı kənd sakini Rəhim Məhərrəmov aldığı xəsarətlərdən hadisə yerində ölüb

Şəmkirdə iki minik avtomobili toqquşub.

Hadisə rayonun Çaparlı kəndində qeydə alınıb.

Rayon sakini Akay Məhərrəmovun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə həmyerlisi Faiq Xasıyevin idarə etdiyi “VAZ 2107” markalı avtomobillə toqquşub.
Nəticədə F. Xasıyevin avtomobildə olan sərnişin, Çaparlı kənd sakini  Rəhim Məhərrəmov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Şəmkir rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol-nəqliyyat istismar qaydasını pozma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh