Avtosfer.az | Reklam
Satışa çıxarılan benzinin qiyməti bahalaşıb
Gündəm 15 Noyabr 2019 09:45 191 dəfə oxunub
Satışa çıxarılan benzinin qiyməti bahalaşıb
Hər bir avtomobil sahibi ayda 60 litrə qədər kvota ilə benzin satın ala bilir

İranda kvotadan artıq satılan benzinin qiyməti 3 dəfə bahalaşıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, İranın neft məhsullarının yayımı üzrə milli şirkət bu gün səhərdən azad satışa çıxarılan benzinin qiymətinin bahalaşdığını elan edib. Bu gündən etibarən kvota tətbiq edilən benzinin qiyməti hər litr üçün 1500 tümən (20 qəpik), kvotadan artıq (azad) satışa çıxarılan benzinin qiyməti isə 3000 tümən (40 qəpik) təşkil edəcək. Super benzinin qiyməti isə 3500 tümən (45 qəpik) olacaq.

Qeyd edək ki, bundan öncə azad satışa çıxarılan benzinin qiyməti İranda 1000 tümən idi. Hər bir avtomobil sahibi ayda 60 litrə qədər kvota ilə benzin satın ala bilir.

Xatırladaq ki, İranda gündəlik 90 milyon litr benzin istifadə olunur.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh