Polis ölkədə 5 mln. avroluq narkotik vasitə ələ keçirib

Gündəm 15 Noyabr 2019 09:50 Oxunub 783
Polis ölkədə 5 mln. avroluq narkotik vasitə ələ keçirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Narkotik maddələrin Türkiyə ərazisindən gətirildiyi, sonra isə Serbiyada paylandığı qeyd olunur

Serbiya hüquq-mühafizə orqanları xüsusi əməliyyat nəticəsində narkotiklərin yayılması ilə məşğul olan cinayətkar qrupu yaxalayıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Neboyşa Stefanoviç məlumat verib. Onun sözlərinə görə, “qara bazar”da dəyəri 5 milyon avro olan 77 kiloqram heroin ələ keçirilib. “Polis əməkdaşları 77 kq təmiz heroin götürüb və ölkədə qadağan olunmuş maddələrin yayılmasında şübhəli bilinən üç nəfərdən ibarət cinayətkar qrupu ələ keçiriblər”, - deyə nazirliyin mətbuat xidməti nazirdən sitat gətirib.

Narkotik maddələrin Türkiyə ərazisindən gətirildiyi, sonra isə Serbiyada paylandığı qeyd olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh