Sərhədboyu ərazilərdə gizlədilən silahlar aşkarlanaraq götürülüb - FOTO

Gündəm 15 Noyabr 2019 11:00 Oxunub 599
Sərhədboyu ərazilərdə gizlədilən silahlar aşkarlanaraq götürülüb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mü­hafizəsi və dövlət sərhədində rejim qaydalarına riayət olun­ması üzrə həyata keçirilən əməliy­yat-axtarış və qoşun tədbirləri nəticəsində sərhədboyu ərazilərdə gizlədilən odlu silahlar aşkar olunub.

Bu barədə Avtosfer.az-a DSX-nın Mətbuat Mərkəzindən məlumat verilib.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Ağs­tafa rayonunun Sadıxlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində yerləşən “Qarayazı” Dövlət Meşə qoruğunda kolların arasında gizlədilən 1 ədəd 20 mm-lik ov tüfəngi, ona məxsus 9 ədəd patron və “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində Oğuz rayo­nunun Fil-filli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Qalaçay çayının sahilində qaya daşlarının altında giz­lədilən istifadəyə yararlı 1 ədəd 1960-cı il istehsalı olan “TOZ-8” markalı yivli silah aşkar olunaraq götürülüb.

Faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh