Bir həftə əvvəl avtomobillə vurulan molla ölüb - Şirvanda

Gündəm 15 Noyabr 2019 11:15 Oxunub 701
Bir həftə əvvəl avtomobillə vurulan molla ölüb - Şirvanda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanılıb

Şirvanda 6 gün əvvəl avtomobillə vurulan 76 yaşlı molla xəstəxanada ölüb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, noyabrın 9-da rayonun Xaqani küçəsində 1987-ci il təvəllüdlü Əli Abıyevin idarə etdiyi "Kia" markalı avtomobillə yolu keçmək istəyən, 1943-cü il təvəllüdlü Salman Muradovu vurub. Yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, noyabrın 14-də dünyasını dəyişib.

Faktla bağlı Şirvan Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, S.Muradov molla olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh