Avtosfer.az | Reklam
Yağışlı havada ağır yol qəzası: 2 ölü, 3 ağır yaralı - VİDEO
Qəzalar 15 Noyabr 2019 18:30 398 dəfə oxunub
Yağışlı havada ağır yol qəzası: 2 ölü, 3 ağır yaralı - VİDEO
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb

Türkiyənin Təkirdağ vilayətində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident dünən axşam saatlarında Təkirdağ-Muradlı yolunun Yaşılsırt kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Çingiz A.-nın idarə etdiyi 16 LLV 53 qeydiyyat nömrə nişanlı yüngül ticarət maşını Məsud Özbudağın idarə etdiyi 59 AZ 159 qeydiyyat nömrə nişanlı minik avtomobillə, yolun yağışlı və sürüşkən olması səbəbindən toqquşub. Zərbənin gücündən yüngül ticarət maşını yol kənarına sürüklənib.

Nəticədə minik avtomobilində sərnişin qismində olan Cevriyə Özbudaq ilə Əzizə Özbudaq hadisə yerində keçiniblər. Hər iki maşının sürücüsü və yüngül ticarət maşınında olan Təməl İ. ağır xəsarətlərlə Təkirdağ Dövlət Xəstəxanasına çatdırılıb.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh