Daxili orqanında narkotik vasitə və psixotrop maddə aşkarlandı

Gündəm 15 Noyabr 2019 15:15 Oxunub 768
Daxili orqanında narkotik vasitə və psixotrop maddə aşkarlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və sorğu-sual olunub.

Şifahi sorğu-sual zamanı vətəndaş üzərində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Daha sonra daxili orqanında narkotik vasitə gizlətdiyi ehtimal edilən vətəndaş Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb və rentgen müayinəsindən keçirilib. Müayinə zamanı onun düz bağırsağında gömrük nəzarətindən gizlədilən 2 ədəd bükümdə, ümumi çəkisi 7 qram olan açıq qəhvəyi rəngli, narkotik vasitə - heroin və çəkisi 3 qram olan ağ rəngli, psixotrop maddə - metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh