Avtosfer.az | Reklam
Bakıda 16 yaşlı gənc metroda itkin düşüb
Gündəm 15 Noyabr 2019 16:30 244 dəfə oxunub
Bakıda 16 yaşlı gənc metroda itkin düşüb
Faktla bağlı araşdırma aparılır

Bakıda 16 yaşlı gənc itkin düşüb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə noyabrın 12-də paytaxtın Binəqədi rayon ərazisində baş verib. Belə ki, 2003-cü il təvəllüdlü Əlirza Böyükzadə dostu Fərman adlı şəxslə telefonla danışdıqdan sonra yaşadığı Yasamal rayonu, M.Fətəli küçəsi, ev 11 ünvanından çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Daha sonra onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər. Araşdırma zamanı məlum olub ki, Ə.Böyükzadə Fərman adlı dostu ilə metronun "Memar Əcəmi" stansiyasında qatardan düşərkən sıxlıq olduğu üçün bir-birilərini itiriblər.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh