Şəhər sakininə 15 min “atan” şəxs saxlanılıb - Bakıda

Gündəm 15 Noyabr 2019 17:00 Oxunub 962
Şəhər sakininə 15 min “atan” şəxs saxlanılıb - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun borclu şəxs qismində axtarışda olması da müəyyən edilib

Bakıda keçmiş məhkum 15 min manatlıq dələduzluq edib. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Q.Umarova cari ilin avqust ayında Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş P.Əliyevin onu aldadaraq 15 min manatını aldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən P.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun borclu şəxs qismində axtarışda olması da müəyyən edilib.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh