Yük avtomobilinin sürücüsü kobud qayda pozuntusuna yol verib - VİDEO

Gündəm 15 Noyabr 2019 22:30 Oxunub 946
Yük avtomobilinin sürücüsü kobud qayda pozuntusuna yol verib                   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əgər sürücü yol təsərrüfatına zərər vurmayıbsa, yükdaşıma qaydasını pozduğu üçün inzibati qaydada 40 manat cərimə edilə bilər

Xaçmazda yük avtomobilinin sürücüsü kobud qayda pozuntusuna yol verib. O, daşıdığı yüklə həm hərəkət iştirakçılarına, həm də yol təsərrüfatına ziyan vurub.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı görüntülər Xaçmaz rayonunun Xudat şəhərində qeydə alınıb.

Hadisəni görən şahidlərdən biri dərhal həmin anları çəkərək ''Xəzər Xəbər''in whatsApp nömrəsinə göndərib.

Amma daşınan yük avtomobilin dövlət nömrə nişanını, bort üzərindəki isə silindiyindən aydın görsənmir. Kadrlardan görünən odur ki, sürücü bu şəkildə həmin yükü xeyli aparır. O, bu əməli ilə bütün hərəkət iştrakçıları üçün təhlükəli vəziyyət yaradır.

Qeyd edək ki, sürücü kobud qayda pozuntusu ilə yol təsərrüfatına da ziyan vurur.

Görüntüyə münasibət bildirən ekspert Elməddin Muradlı deyib ki, sürücü saxlanılmalı və məsələ araşdırılmalıdır. Digər tərəfdən, yükün daşınması onun təyinatına uyğun avtomobillə aparılmalıdır. Əgər sürücü yol təsərrüfatına zərər vurmayıbsa, yükdaşıma qaydasını pozduğu üçün inzibati qaydada 40 manat cərimə edilə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh