Bakıda üç nəfər eyni gündə itkin düşüb

Gündəm 18 Noyabr 2019 10:30 Oxunub 554
Bakıda üç nəfər eyni gündə itkin düşüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı aidiyyatı üzrə polis bölmələrində araşdırma aparılır

Bakıda iki gənc qız və bir kişi itkin düşüb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə paytaxtın Binəqədi, Xətai və Nizami rayonlarında qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Aydan Rəhimova noyabrın 15-də yaşadığı Binəqədi qəsəbəsi, Mərkəzi küçəsində yerləşən fərdi yaşayış evindən çıxıb və bir daha geri qayıtmayıb.

Bundan başqa, 2004-cü il təvəllüdlü Aynurə Əmirova noyabrın 15-də yaşadığı Xətai rayonu, T.Hacıbabayev küçəsi 3 ünvanından, 1987-ci il təvəllüdlü Teymur Kərimov eyni gündə yaşadığı Nizami rayonu, Q.Qarayev prospekti, 61 ünvanından çıxıb və bir daha geri qayıtmayıblar.

Hər üç şəxsin yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.

Faktla bağlı aidiyyatı üzrə polis bölmələrində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh