Dörd nəfərin ölümünə səbəb olan sürücü Ali Məhkəməyə şikayət verib

Gündəm 18 Noyabr 2019 16:15 Oxunub 1228
Dörd nəfərin ölümünə səbəb olan sürücü Ali Məhkəməyə şikayət verib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı Apellyasiya Məhkəməsi onun cəzasının 7 il 6 aya endirilməsi barədə qərar verib

4 nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Elturan Fərəcovun barəsində olan hökmdən kassasiya şikayəti verib. "Report"un xəbərinə görə, şikayət hakim Hafiz Nəsibovun sədlik etdiyi kollegiyanın icraatına verilib. Baxış iclasının vaxtı açıqlanmayıb. 

Qeyd edək kii, E.Fərəcova Bakıl Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasının 7 il 6 aya endirilməsi barədə qərar verib. Hadisə 2017-ci ilin iyul ayının 13-də gecə saatlarında Ələt-Astara magistralında baş verib. Rusiyaya gedən "Mercedes" markalı mikroavtobus "KamAZ" markalı qoşqulu yük maşınına çırpılıb. Qəza nəticəsində "Mercedes" markalı maşının sərnişinlərindən 4 nəfəri - 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu, 1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhüseyn oğlu, Rusiya vətəndaşı, 1947-ci il təvəllüdlü Xudaverdiyev Ramiz Ağahüseyn oğlu və 1951-ci il təvəllüdlü Abdullayev Azad İsməli oğlu dünyasını dəyişib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh