"Nur" çörək zavodunun avtomobili qayda pozur 99-LD-624 - VİDEO

Avtosfer TV 18 Noyabr 2019 16:00 Oxunub 1725
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cəmiyyətə açıqca hörmətsizlik ifadə edib

Yolda qaydaları kobud şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən sürücünün görüntülərini oxuculardan biri qeydə alaraq redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, noyabrın 17-də paytaxt küçələrinin birində hərəkət edən 99-LD-624 qeydiyyat nişanlı "Ford Transit" markalı avtomobilin sürücüsü manevr qaydasını kobud şəkildə pozaraq görüntünü qeydə alan sürücünün qarşısına keçib. O, bundan sonra əks istiqamətli hərəkət zolağına çıxaraq yüksək sürətlə hərəkətinə davam edib və yolayrıcında qarşıdan gələn sürücülərə təhlükə yaradaraq sağa dönüb. 

Qaydaları pozan avtomobil "Nur" çörək zavoduna məxsusdur. Görüntünü qeydə alan sürücü bu barədə şirkətə şikayətini bildirsə də, müraciətə əhəmiyyət verən olmayıb.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh