Nərimanovda iki maşın toqquşub, xəsarət alan var - FOTO

Qəzalar 18 Noyabr 2019 23:30 Oxunub 1498
Nərimanovda iki maşın toqquşub, xəsarət alan var  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakıda iki maşının toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Nərimanov rayonu, Həsən Əliyevlə Koroğlu Rəhimov küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, 90 FA 500 dövlət nömrə nişanlı "BMW X6" markalı avtomobillə 90 PX 479 dövlət nömrə nişanlı "Renault" markalı maşın toqquşub.

Hadisə nəticəsində "Renault" markalı avtomobilin sürücüsü xəsarət alıb. 

Qəza yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh