Bakıda sürət yarışı qəzaya səbəb olub - FOTO

Qəzalar 19 Noyabr 2019 09:00 Oxunub 1090
Bakıda sürət yarışı qəzaya səbəb olub - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisənin dəqiq hansı səbəbdən baş verməsi araşdırılır

Bakının Yasamal rayonunda 3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Moskva prospektində körpünün üzərində “Hyundai" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən idarəetmədən çıxıb. Bu zaman nəqliyyat vasitəsi eyni istiqamətlə gedən "Kia" və "Mercedes" markalı nəqliyyat vasitələrinə çırpılıb. Zərbənin təsirindən "Hyundai" markalı avtomobil aşıb, sürücü isə hadisə yerindən yayınıb. Qəza zamanı 2 nəfər xəsarət alıb. Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Qəzaya uğrayan "Mercedes" markalı nəqqliyyat vasitəsinin sürücüsünün verdiyi məlumata görə, "Hyundai" və "Kia" markalı avtomobillərin sürücüləri eyni istiqamətdə sürət yarışına çıxıb. Avtotexniki ekspertiza təyin edilib.

Hadisənin dəqiq hansı səbəbdən baş verməsi araşdırılır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh