Biləsuvar sakini maşınla həmkəndlisini vurub öldürdü

Qəzalar 19 Noyabr 2019 10:55 Oxunub 846
Biləsuvar sakini maşınla həmkəndlisini vurub öldürdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb

Biləsuvar rayonunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Əsgərabad kəndində qeydə alınıb.

1951-ci il təvəllüdlü Əzizov Sabir Camal oğlu yaşadığı kənd ərazisində idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun ehtiyat hissəsində hərəkətdə olan həmkəndlisi, 1970-ci il təvəllüdlü Səfərov Muxtar Əli oğlunu vurub.

Piyada qapalı kəllə-beyin travması ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib. 

Göstərilən tibbi yardımlara baxmayaraq, M.Səfərov ayın 18-i vəfat edib.

Faktla bağlı CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh