Evindən çətənə bitkiləri və qurudulmuş marixuana aşkarlandı - FOTO

Gündəm 19 Noyabr 2019 13:05 Oxunub 1451
Evindən çətənə  bitkiləri və qurudulmuş  marixuana aşkarlandı   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də bu cinayət əməllərinə görə üç dəfə həbs olunaraq səkkiz ilə yaxın müddətə məhkumluq həyatı yaşamış rayonun Barlı kənd sakini, 61 yaşlı Fərman Mirişov saxlanılıb.

RPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı evə keçirilən baxış zamanı oradan xüsusi aqro-texniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə bitkiləri, eləcə də şüşə bankada və sellofan torbada saxlanılan, ümumi çəkisi yarım kiloqrama yaxın olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh