Avtosfer.az | Reklam
Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri aparılır - FOTO
Gündəm 19 Noyabr 2019 16:30 266 dəfə oxunub
Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri aparılır - FOTO
Sərnişinlərin narahatlığına səbəb olmamaq üçün işlər gecə saatlarında aparılıb

Bakı Nəqliyyat Agentliyi (BNA) havaların soyuması ilə əlaqədar bir çox kəskin respirator infeksiyon xəstəliklərin yayılması ehtimalının artmasını nəzərə alaraq qabaqlayıcı tədbirlərə başlayıb. Bu barədə Avtosfer.az-a BNA-dan bildirilib. Məlumata görə, bu çərçivədə Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri görülüb. Perronlar, gözləmə zallar və park ərazisi xüsusi dərman məhlullardan istifadə olunmaqla dezinfeksiya edilib. Sərnişinlərin narahatlığına səbəb olmamaq üçün işlər gecə saatlarında aparılıb. 

Qeyd edək ki, mövsümlə əlaqədar olaraq əhalinin sıx toplaşdığı qapalı ərazilərdə dezinfeksiya tədbilərinin aparılması xüsusi əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq analoji işlərin hər həftə aparılması planlaşdırılır.

 

Fidan

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh