Zərərli vərdişlərdən uzaq olaq

Gündəm 19 Noyabr 2019 17:30 Oxunub 972
Zərərli vərdişlərdən uzaq olaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb

Göyçay şəhər 9 saylı tam orta məktəbdə “Narkomaniyasız sağlam həyat” və “Dini radikalizmlə mübarizə” mövzularında tədbir keçirilib. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, tədbirdə çıxış edən Göyçay Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov narkotik vasitələrdən bir neçə dəfə istifadənin asılılığa səbəb olduğunu, daha sonra narkotik aludəçilərinin böyük problemlərlə qarşılaşdıqlarını bildirib. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı daxili işlər orqanlarının əməkdaşları tərəfindən aparılan mübarizə tədbirləri barəsində məktəblilərə geniş məlumat verib.

Gənclərə həmçinin dini radikalizmin hansı fəsadlar törətdiyi də izah olunub. Bu fəsadların qarşısını almaq üçün əsas dayanıqlı metodun dini maarifləndirmə olduğu bildirilib. Gənclərin radikal dini qrupların təsirinə düşmələrinin qarşısını almaq üçün dinin onlara düzgün şəkildə çatdırılmalı olduğu vurğulanıb.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh