Samuxda idarəetmədən çıxan minik maşını aşıb, bir nəfər xəsarət alıb
Qəzalar
19 Noyabr 2019 21:30
Oxunub 2121
Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır
Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA -nın məlumatına görə, hadisə Gəncə-Qarayeri yolunda qeydə alınıb. Hərəkətdə olan Rusiya Federasiyasına məxsus dövlət qeydiyyat nömrə nişanlı “Wolsvagen passat” markalı minik avtomobili idarə etməni itirib, nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan 2002-ci il təvvəllüdlü Rzayeva Nərmin Taleh qızı xəsarət alıb. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerində DYP əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, qəzaya səbəb yüksək sürət olub.
Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR