Zaqatalada kişini mikroavtobus vuraraq ağır xəsarət yetirib

Qəzalar 20 Noyabr 2019 01:00 Oxunub 1612
Zaqatalada kişini mikroavtobus vuraraq ağır xəsarət yetirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Zaqatala rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə noyabrın 19-u axşam saatlarında Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Danaçı kənd inzibati ərazisindən keçən hissəsində qeydə alınıb. 

Yolla hərəkətdə olan mikroavtobus rayonun Makov kənd sakini, 1981-ci il təvəllüdlü Zaur Əziz oğlu Kostiyevi vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Z.Kostiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxananın Reanimasiya şöbəsində müalicə alan Z.Kostiyevə ağır qapalı kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti ağır
qiymətləndirilir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh