Hərəkəti hansı istiqamətdə davam etdirə bilər? – BİR NƏFƏR QALİB GƏLDİ

Yarışma 4 May 2015 15:48 Oxunub 2030
Hərəkəti hansı istiqamətdə davam etdirə bilər? –  BİR NƏFƏR QALİB GƏLDİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və qalib gəlmiş şəxsin adını açıqlayır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan, «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim olunan sual belədir:

İcazə verilmiş maksimum kütləsi 3 ton olan yük avtomobilinin sürücüsü bu yolayrıcında hərəkətini hansı istiqamətdə davam etdirə bilər? 

A) Yalnız düzünə və ya geriyə;

B) Yalnız sağa və ya sola;

C) Bütün istiqamətlərdə (sağa, düzünə, sola və ya geriyə).

Sualın ilk doğru cavabını Sadiqov İsmayil adlı oxucumuz verib. Qalibimizi təbrik edirik. «Repsol»dan 20 manatlıq hədiyyəni əldə etmək üçün 055 335-15-59 nömrəsinə zəng etmək xahiş olunur.

İndi isə sualın daha dəqiq və izahlı cavabını təqdim edirik: Şəkildə verilən 4.4 “Minik avtomobillərinin hərəkəti” nişanı bu nişanla işarələnmiş yolda icazə verilmiş maksimum kütləsi 3,5 tonadək olan yük avtomobillərinin də hərəkətinə icazə verir. 7.3.3 “Qüvvədə olma istiqaməti” nişanı isə 4.4 nişanının qüvvədə olma istiqamətini göstərir. Bu yolayrıcında hər hansı istiqamət üzrə şəkildəki yük avtomobilinin hərəkətini qadağan edən səbəb yoxdur. Deməli, sualın doğru cavabı “C” variantı olacaq:  İcazə verilmiş maksimum kütləsi 3 ton olan yük avtomobilinin sürücüsü bu yolayrıcında hərəkətini bütün istiqamətlərdə (sağa, düzünə, sola və ya geriyə) davam etdirə bilər .

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır.

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh