Britaniyalı mütəxəssislər Bakıdakı layihənin uğurunu qeyd etdilər - FOTO

Gündəm 20 Noyabr 2019 17:45 Oxunub 797
Britaniyalı mütəxəssislər Bakıdakı layihənin uğurunu qeyd etdilər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Martin Saymon: "Layihənin ilkin nəticələrini uğurlu saymaq olar"

Artıq 4 aydır ki, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin paytaxtın Nərimanov rayonunda icrası həyata keçirilir. Keçən müddər ərzidə görülən işlərinin yüksək səviyyədə aparılması nəticəsində böyük  irəliləyişlər əldə olunub.
Vətəndaşlara izahetmə işləri, maarifləndirici tədbirlər, mətbuatda geniş yayımlanma və s. öz bəhrəsini verməkdədir. Layihəyə əsasən Nərimanov rayonunda 400-ə yaxın konteyner meydançası yaradılıb, bura tələbata uyğun miqdarda yeni konteynerlər yerləşdirilrb, onların yuyulması və meydançaların dezinfeksiyası təmin edilir.
Keçən müddət ərzində şirkətin mütəxəssisləri mütamadi olaraq pilot layihənin həyata keçirildiyi Nərimanov rayonunda tullantıların tərkibinin və digər konponentlərin öyrənilməsi və nəticələrini daha da artırılmasının yollarını araşdırmış, müvafiq təlimatlar veriblər. 
Layihənin növbəti mərhələsinə keçidlə bağlı Mott MacDonald şirkətinin rəhbərliyinin səlahiyyətli nümayəndələri, Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması üzrə islahahlar konsepsiyasının rəhbəri cənab Martin Saymon və Devid Dray paytaxtımıza gəliblər. Bakı Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə layihənin birinci mərhələsinin yekunları, gələn il üçün görüləcək işlər, növbəti 2 və sonrakı illər üçün nəzərdə tutulan konsepsiya və digər suallar müzakirə olunub. Görüşdən sonra qonaqlar mətbuat nümayəndələrinə bu barədə məlumat vermiş və jurnalistləri maraqlandıran sualları cavablandırıblar.
Martin Saymon bildirib ki, layihənin ilkin nəticələrini uğurlu saymaq olar. Müqayisə üçün qeyd olundu ki, Birləşmiş Krallığın paytaxtı London şəhərində 20 ildən çox müddətdə icra edilən layihədə təkrar emal üçün çeşidlənən tullantıların həcmi 40 faizə çatıb. Nərimanov rayonunda isə 4 ay ərzində bu istiqamətdə görülən işlər nəticəsində bu rəqəm 32 faizə çatmış,   kağız və karton tullantıları 25 faiz olmuşdur ki, bu da çox yaxşı nailiyyət sayılmalıdır. Əgər layihənin icrasinin ilk vaxtlarında gündəlik olaraq 6-7 ton təkrar emala gedən tullantı yığılırdısa, hazırda bu rəqəm 25 tona çatıb. Buna görə də cənab Saymon Nərimanov sakinlərinə minnətdarlıq bildirib. 
Gələn ilin aprelindən mərhələli qaydada daha 3 rayonun – Nizami, Yasamal və Nəsimi, sonrakı illərdə isə digər rayonların da  mərhələli şəkildə bu layihəyə cəlb olunması nəzərdə tutultur. 
Eyni zamanda bir sira çatışmamazlıqlarda mövcuddur. Bu bəzi sakinlərin laqeydliyi, tullantıları hara gəldi atması, meydançalardakı nəzarətçilərin işinə aqressiv yanaşmaları, hərəkətləri ilə prosseslərin tam yerinə yetirilməsinə maneçilik törətmələri bu hallardandır ki, onları da geniş maarifləndirmə və izahetmə işləri ilə aradan qaldırmaq olar. 
Bildirildi ki, bu gün ətraf mühitin çirklənmədən qorunması çox mühüm əhəmiyyət kəsb edir və bizim layihə onun tərkib hissəsidir. Nəzərdə tutulan işlərin uğurla həyata keçirilməsi Bakı şəhərini aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdıracaq,  ətraf mühitə böyük müsbət təsir göstərərək həm də Bakı şəhəri üçün iqtisadi faydalar verəcək".

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh