"102" xidmətinə məlumat verən şəxslər polisə çağırılmayacaq - VİDEO

Yol polisi 20 Noyabr 2019 19:30 Oxunub 1158
"102" xidmətinə məlumat verən şəxslər polisə çağırılmayacaq  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daxili İşlər Nazirinin qərarı noyabrın 13-dən qüvvəyə minib

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov cinayət və hadisələrlə bağlı məlumatlara baxılması işində operativliyin yüksəldilməsinə, xüsusən vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən daha bir əmr imzalayıb.

Xezerxeber.az-ın məlumatına görə, əmrə əsasən cinayətlər barədə "102" xidmətinə məlumat verən şəxslər fakt üzrə ilkin ərizənin alınması üçün polisə dəvət olunmayacaq.

Bu qəbildən müraciətlərlə əlaqədar sənədləşdirmə onlar üçün rahat şəraitdə, yaşadıqları və ya olduqları ünvana gələn polis əməkdaşları tərəfindən aparılacaqdır. Bununla bağlı ''törədilmiş və hazırlanan cinayətlər və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması qaydaları haqqında təlimat''a dəyişiklik edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirinin qərarı noyabrın 13-dən qüvvəyə minib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh