Xanım sürücü avtomobili 2 metrlik çuxura saldı – ANBAAN GÖRÜNTÜ

Avtosfer TV 22 Noyabr 2019 06:00 Oxunub 2353
Xanım sürücü avtomobili 2 metrlik çuxura saldı – ANBAAN GÖRÜNTÜ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qadın sürücüsü ilə sərnişini kiçik sıyrıqlarla xəstəxanaya çatdırılıblar

Sosial şəbəkədə minik avtomobilinin çuxura düşmə görüntüləri izləyənləri həm güldürüb, həm də kədərləndirib. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 19-da Braziliyanın Riu Qrandi du Sul yaşayış məntəqəsi ərazisində qeydə alınıb.

Kadrlarda, trasda torpaq yüklü yük maşınının keçdiyi və həmin anda yolda iri bir çuxurun əmələ gəldiyi görülür. Bundan sonra bir minik maşını eyni yoldan hərəkət edir, sürücü yolun çökdüyünü görür və maşınını döndərərək birinci zolaqla hərəkət edir. Ardından da daha bir avtomobil gəlir, ancaq bu birinci sürücü kimi diqqətli olmur. Fikri harada olduğu bilinməyən qadın sürücü, idarə etdiyi “Honda City” markalı avtomobili 2 metr dərinlikdə olan çuxura salır.

Yerli mətbuatın məlumatına görə, çuxura düşən avtomobilin qadın sürücüsü ilə sərnişini kiçik sıyrıqlarla xəstəxanaya çatdırılıblar.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh