Biləcəridə 12 yaşlı qızı maşın vurub

Qəzalar 21 Noyabr 2019 21:45 Oxunub 1217
Biləcəridə 12 yaşlı qızı maşın vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ona kəllə-beyin travması diaqnozu qoyulub

Bakıda piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü Əliyeva Aysun Hikmət qızı yolu keçərkən maşın vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh