Dairədə kim yol verməlidir?- Məşhur ekspertdən izah - VİDEO

Avtosfer TV 22 Noyabr 2019 11:30 Oxunub 14554
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dairədə hərəkətin xüsusiyyəti nədən ibarətdir?

Yol Hərəkəti Təhlükəsizliyi üzrə ekspert Əziz Talıbov dairəvi hərəkət təşkil olunmuş yolayrıcı ilə bağlı izahlı video çəkərək sosial şəbəkədə paylaşıb. Avtosfer.az xəbər verir ki, ekspert dairədə necə hərəkət etməklə bağlı sürücülərə öz tövsiyələrini verib. Yol Hərəkəti Haqqında Qanunun 42-ci madəsində qeyd olunub ki, dairəvi hərəkət təşkil olunmuş yolayrıcının qarşısında qoyulmuş 4.3 nişanı olduqda, sürüclər dairə boyunca hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Əgər 4.3 dairə nişanı ilə birgə baş yol nişanı quraşdırılmışdırsa, dairəyə daxil olan sürücülər üstünlüyə malik olurlar. Dairə boyunca hərəkət edən sürücülər isə dairəyə baş yoldan daxil olan nəqliyyat vasitələrinə yol verməlidir.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh