Ağdamda avtomobil arxa düşüb, yaralılar var - FOTO

Qəzalar 22 Noyabr 2019 14:30 Oxunub 1212
Ağdamda avtomobil arxa düşüb, yaralılar var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücünün idarəetməni itirməsi səbəbindən maşın yol kənarındakı arxa düşüb

Ağdamda yol-nəqliyyat hadisəsi zamanı iki bacı xəsarət alıb. Hərəkətdə olan “VAZ 2107” markalı 10 LP 594 nömrəli avtomobil sürücünün idarəetməni itirməsi səbəbindən yol kənarındakı arxa düşüb. Nəticədə avtomobildə olan sərnişinlər - 1972-ci il təvəllüdlü Abdullazadə Səbinə Nuşirəvan qızı və 1970-ci il təvəllüdlü Sadıqova Aygün Nuşirəvan qızı müxtəlif bədən xəsarətlər alıblar. Yaralılar təcili tibbi yardım maşını ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

APA

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh