Tovuzda 10 yaşlı qız itkin düşüb - FOTO

Gündəm 22 Noyabr 2019 15:30 Oxunub 2269
Tovuzda 10 yaşlı qız itkin düşüb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uşağın axtarışlarına başlanılıb

Tovuz rayonunda 10 yaşlı qız itib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, rayonun Dondar Quşçu kənd sakini, 2009-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızı noyabrın 21-i gecə saatlarında yoxa çıxıb.

Məlumata görə, ötən gün axşam saatlarında qonşuluqda toya hazırlıq gedib. Uşağın babası da nəvəsindən evə gedib gödəkcəsini gətirməsini istəyib. Bundan sonra uşaqdan heç bir xəbər alınmayıb.

Məsələ ilə bağlı Tovuz Rayon Polis Şöbəsinə məlumat verib və uşağın axtarışlarına başlanılıb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh