Acınacaqlı vəziyyətdə yaşayan sakinlərdən ölkə rəhbərliyinə MÜRACİƏT - VİDEO

Xəbərlər 25 Noyabr 2019 16:15 Oxunub 1509
Acınacaqlı vəziyyətdə yaşayan sakinlərdən ölkə rəhbərliyinə MÜRACİƏT - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yarımtikili, bir otaqlı evdə ailəsi və 3 övladı ilə yaşayır

Masallı rayonu, Xıl kəndinin sakini Samir Fərzəliyev rayonun Səhiyyə şöbəsinin müdiri Cəlil Nəzərovdan şikayətçidir. Vətəndaş deyir ki, fiziki qüsurlu övladı üçün aylardır əlillik dərəcəsi ala bilmir. Bütün sənədləri qaydasında olsa da süründürməçiliklə üz-üzədir. 


Sosial vəziyyətinin ağır olduğunu deyən Samir heç bir yerdə işləmədiyini bildirir. Yarımtikili, bir otaqlı evdə ailəsi və 3 övladı ilə yaşayır. Amma sosial yardım üçün də müraciət etsə də bunu da la bilməyib. 


Əməkdaşlarımız Samirin evində olub şəraiti ilə tanış olublar. Hər yerdən ümidini itirən vətəndaş Prezident İlham Əliyevə və 1-ci Vitse Prezident Mehriban Əliyevaya müraciət edərək kömək istəyir. 

 

Məsələ ilə bağlı Cəlil Nəzərovla telefon əlaqəsi saxlamağa çalışsaq da, cəhdlər nəticə vermədi. 


Videomaterialı təqdim edirik:

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh