Təchizatçılar bioyanacağı aviasiya yanacağı ilə qarışdırmalıdırlar

Texnologiya 26 Noyabr 2019 08:30 Oxunub 1908
Təchizatçılar bioyanacağı aviasiya yanacağı ilə qarışdırmalıdırlar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ölkədə təyyarələr üçün yanacaq palma yağı istisna olmaqla, işlənmiş və bitki tərkibli yağlardan hazırlansın

Norveçin hakimiyyət orqanları atmosferə buraxılan zəhərli tullantıların miqdarını azaltmaq üçün təchizatçılar üzərinə bioyanacağı aviasiya yanacağı ilə qarışdırmaq öhdəliyi qoyublar. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, yeni qaydalar gələn il qüvvəyə minəcək.

Yeni qaydalarla hərəkət edəcəklərini elan edən təchizatçılar yanacaq təminatının fasiləsiz olacağını bildirməklə bərabər, aviasiya yanacağının qiymətlərinin artacağı barədə də xəbərdarlıq ediblər. Bu, onunla bağlıdır ki, tələb olunan bioyanacaq tipi adi aviasiya yanacağından 4 dəfə bahalıdır. Norveçin yeni qaydaları tələb edir ki, ölkədə təyyarələr üçün yanacaq palma yağı istisna olmaqla, işlənmiş və bitki tərkibli yağlardan hazırlansın.

Yeni qaydalara görə, indi aviasiya yanacağı təchizatçıları bioyanacağı aviasiya yanacağı ilə qarışdırmalıdırlar. Yerli tədqiqatçıların hesablamalarına görə, bu, aviasiya mühərriklərinin atmosferə buraxdığı tullantıların miqdarını xeyli azaldacaq.

Qeyd edək ki, Norveçdə atmosferə buraxılan zəhərli tullantıların miqdarının azaldılması üzrə ardıcıl siyasət yeridilir. Bunun üçün elektrik mühərrikləri ilə işləyən təyyarələrin yaradılması istiqamətində işlər aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh