Avtobus sürücüsünün nümunəvi hərəkəti - VİDEO

Avtosfer TV 26 Noyabr 2019 14:20 Oxunub 2356
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Svetoforun yaşıl işığının yanmasına baxmayaraq yolayrıcına daxil olmayıb

Bakıda avtobus sürücüsünün nümunəvi görüntüsü Avtosfer.az-ın kamerasına qeyd olunub. Belə ki, 3 saylı xətt üzrə fəaliyyət göstərən  “Baku Bus” MMC-yə məxsus 99-JH-976 qeydiyyat nişanlı avtobusun sürücüsü, noyabrın 23-də paytaxtın Bakıxanov prospektində hərəkətdə olarkən svetoforun yaşıl işığının yanmasına baxmayaraq yolayrıcına daxil olmur. Avtobus sürücüsü yolayrıcına daxil olaraq yolun boşalmasını gözləsəydi, digər istiqamətdən gələn avtomobillərin yolunu kəsmiş olardı və nəticədə yolayrıcında xaos yarana bilərdi. Görüntüdən də aydın şəkildə görünür ki, qarşıdakı sürücülər yolayrıcının hüdudlarını tərk etmədiyi üçün digər istiqamətdən gələn sürücülərə maneə yaradıblar.

Yol Hərəkəti Haqqında Qanunun 75-ci maddəsinin II hissəsində də qeyd olunub ki,Əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır”.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh