Sumqayıt yolunda dəhşətli qəza: bəyin qardaşı və dostu öldü - VİDEO

Avtosfer TV 30 Noyabr 2019 16:15 Oxunub 7180
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki şəxs ailəli olub

Dünən Bakı-Sumqayıt yolunda iki nəfərin ölümü ilə nəticələnən qəzanın detalları məlum olub. Avtosfer.az-ın əldə etdiyi məlumata görə toy karvanında saatda 120-130 km sürətlə hərəkət edən "Mercedes" markalı avtomobilə arxadan "VAZ-2107" markalı maşın dəyib. Nəticədə idarəetməni itirən sürücü avtomobili yolun kənarındakı betona çırpıb. Hər iki şəxs hadisə yerində ölüb. Ölənlərdən biri bəyin qardaşı, digəri dostu olub. Toy isə təxirə salınıb.

Qeyd edək ki, hadisə dünən saat 15:50 radələrində baş verib. 1993-cü il təvəllüdlü Ağarza Ağayev idarə etdiyi VAZ 21 07 markalı avtomobillə Qubaya gedərkən qarşısında gedən 1984-cü il təvəllüdlü Elman Rzayevin idarə etdiyi “Mercedes Benz-190” markalı maşını arxadan vurub.

Toqquşma nəticəsində A.Ağayevin maşını idarəetməni itirərək yolun sağına çıxıb və beton maneəyə çırpılıb. Hər iki şəxs ailəli olub, hərəsinin iki övladı var.

 

Nəticədə sürücü Ağarza Ağayev və sərnişini, 1994-cü il təvəllüdlü Rəşad Həsənov hadisə yerində ölüblər.

 

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh