TIR qoşqusuna yapışan avtomobili 4 kilometr sürüklədi - VİDEO

Avtosfer TV 3 Dekabr 2019 23:30 Oxunub 3044
TIR qoşqusuna yapışan avtomobili 4 kilometr sürüklədi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Minik avtomobilinin sürücüsü sükan arxasında yorularaq yatıb

Çində TIR-ın qoşqusunun altına sıxışaraq sürüklənən avtomobilin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Avtosfer.az xəbər verir ki, insident noyabrın 20-də ölkənin şərqində yerləşən Zhejiang əyalətinin Venzhou şəhərində baş verib.

Kadrlarda, TIR-ın arxa qoşqusunun altına minik avtomobilinin sıxışdığı və bundan sonra bir müddət yük maşınının arxası ilə sürükləndiyi görülür.

Yerli polisin məlumatına görə, qəza sürücünün yorğun olması səbəbindən meydana gəlib. “Sürücü 8 saat avtomobil idarə etdikdən sonra sükan arxasında mürgüləyib və nəticədə qəza baş verib”.

Bildirilir ki, avtomobil bu vəziyyətdə 4 kilometrdən çox irəliləyib. Minik avtomobilinin sürücüsü TIR-ın sürücüsünü xəbərdar etməyə çalışsa da, buna nail ola bilməyib.

TIR sürücüsü, yalnız arxadan gələn digər sürücünün onu xəbərdar etməsindən sonra bundan xəbər tutub.

Polis hər iki nəqliyyat vasitəsinin sürücüsünü cərimələyib.

 

Namiq Musayev

 

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh