Avtomobilin baqajında pirotexniki vasitələr aşkarlanıb

Gündəm 3 Dekabr 2019 14:50 Oxunub 774
Avtomobilin baqajında pirotexniki vasitələr aşkarlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Vaz -21063" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib.

Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Bu zaman minik maşınının baqajında 22 ədəd üzərində "Airpods" yazılan, 29 ədəd üzərində "Fast Charger" yazılan, 200 ədəd üzərində "SP 1007" yazılan və 100 qutu üzərində "KO201" yazılan pirotexniki vasitələr aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh