Piyadanın ölümünə səbəb olan bankirin məhkəməsi başlayır

Gündəm 3 Dekabr 2019 19:45 Oxunub 762
Piyadanın ölümünə səbəb olan bankirin məhkəməsi başlayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cinayət işi hakim Azad Məcidovun icraatına verilib

Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Ramal Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.

Qeyd edək ki, hadisə sentyabrın 17-i axşam saatlarında Nəsimi rayonu, Vaqif prospektində qeydə alınıb. Şəhər sakini, Ramal Məmmədov idarə etdiyi "Volkswagen Passat" markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən -1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızını vuraraq öldürüb. Hadisəni törədən R. Məmmədov Kapital Bankda çalışıb, mərhum G. Əmiraslanlı isə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında “ASAN Viza”da işləyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh