Güclü yağış piyada körpüsünü dağıtdı - VİDEO

Gündəm 7 May 2015 13:20 Oxunub 1166
Güclü yağış piyada körpüsünü dağıtdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xaçmazda sel nəticəsində çayda suyun səviyyəsi qalxıb

Şimal bölgəsinə yağan güclü yağış çaylarda suyun səviyyəsinin qalxmasına səbəb olub. Xaçmaz rayonu Amsarqışlaq kəndi ərazisindən keçən Ağçay çayının üzərində bələdiyyənin inşa etdiyi piyada körpüsü dağılıb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, sel nəticəsində çayda suyun səviyyəsi qalxıb. Bunun nəticəsində kəndlilərin avtomobil yolu kimi istifadə etdiyi Alıc Qışlaq, Qaracik, Aşağı Zeyid, Qədimalı Qışlaq kəndlərinə gedən yol bağlanıb. 

Xaçmaz Suvarma Sistemləri İdarəsinin şöbə müdiri İsmət Hüseynovun verdiyi məlumata görə, çayda su çox olduğundan hazırda ərazidə texnikanın işləməsi mümkünsüzdür. Onun sözlərinə görə, yarana biləcək təhlükəni aradan qaldırmaq üçün qısa müddətdə əraziyə texnika cəlb olunacaq.

Qeyd edək ki, mayın 5-də şimal bölgəsində bəzi yaşayış məntəqələrinə güclü yağıntının düşməsi nəticəsində çaylarda suyun səviyyəsi 5-12 sm artıb. Xaçmaz rayonu ərazisindən keçən bütün çaylarda suyun səviyyəsi qalxıb, lakin daşqın təhlükəsi yoxdur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh