Avtosfer.az | Reklam
“Renualt” əvvəlcə dirəyə, sonra ağaca çırpıldı: 2 ölü, 3 yaralı - VİDEO
Avtosfer Foto 4 Dekabr 2019 13:46 233 dəfə oxunub
“Renualt” əvvəlcə dirəyə, sonra ağaca çırpıldı: 2 ölü, 3 yaralı - VİDEO
Polis hadisə ilə bağlı təhqiqatlara başlayıb

Türkiyənin Kütahya vilayətində minik avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident bu gün səhər saatlarında Afyonkarahisar - Kütahya avtomagistralında qeydə alınıb. Məlumata görə, adı açıqlanmayan sürücü idarə etdiyi 43 AAP 021 qeydiyyat nömrə nişanlı “Renualt” markalı avtomobilin sükan idarəetməsini itirib və maşın əvvəlcə elektrik dirəyinə sonra da ağaca çırpılıb. Zərbənin şiddətində “Renualt” deformasiyaya uğrayıb.

Nəticədə 2 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb. Yaralılar hadisə yerinə çağırılan ambulanslarla Evliya Çələbi Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıblar.

Polis hadisə ilə bağlı təhqiqatlara başlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh