Polislər axtardıqları narkotaciri moteldə güllələdilər – Əməliyyatın GÖRÜNTÜLƏRİ

Gündəm 5 Dekabr 2019 22:49 Oxunub 844
Polislər axtardıqları narkotaciri moteldə güllələdilər – Əməliyyatın GÖRÜNTÜLƏRİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İstintaq tədbirləri davam etdirilir

Kaliforniyada polislər uzun müddətdir axtarılan narkotik tacirini, tapançasını gec çıxartdığına görə güllələyiblər. Avtosfer.az xəbər verir ki, xüsusi əməliyyatın videosu Modesto şəhər polis departamentinin  “Facebook” səhifəsindən yayımlanıb.

Noyabrın 29-da polislər narkodilerin gizləndiyi motelə gəliblər. Hüquq-mühafizə orqanları nömrənin qapısını döyüblər, ancaq qapını heç kim açmayıb. Bundan sonra onlar qapını katr vasitəsi ilə açıblar və içəridə olan qadından çıxmasını xahiş ediblər. Bu arada axtarılan şübhəli gizləndiyi ayaqyolundan otağa keçib, o çarpayıya yaxınlaşaraq oradan yavaşca nə isə çıxarmağa çalışıb. Bir müddət sonra isə şübhəli tapança çıxararaq polislərə tərəf tuşlamaq istəyib. Ancaq asayiş keşikçiləri tərəfindən güllələnərək öldürülüb.

İstintaq tədbirləri davam etdirilir.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh