Yol polisindən nəcib addım: şəkəri düşən şəxsə belə kömək etdi - FOTO

Yol polisi 5 Dekabr 2019 22:15 Oxunub 2052
Yol polisindən nəcib addım: şəkəri düşən şəxsə belə kömək etdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nə qədər desəm də pul götürmədilər

Yol polisləri köməksiz vəziyyətdə qalmış vətəndaşa kömək edib. Bu barədə Avtosfer.az-a Vüqar Sadıqov məlumat verib. Bildirib ki, özünə məxsus 90 CC 116 dövlət nömrə nişanlı, BMW markalı avtomobil ilə hərəkətdə olarkən vəziyyəti pisləşib. "Şəkər xəstəsi və əliləm. Şəkərim düşmüşdü. Əlil arabasından istifadə edirəm. Yasamal rayonu ərazisində 99 YP 337 dövlət nömrə nişanlı avtomobil ilə xidmət aparan polis əməkdaşları mənə yaxınlaşdı. Vəziyyətimlə maraqlandılar. Bildirdim ki, şəkərim düşüb və təcili yeməliyəm. Onlar öz ciblərinin pulu ilə mənə şirniyyat, su aldılar. Yanımda oldular. Nə qədər etdimsə pul götürmədilər. Çox alicənab insanlar idi. Sizin vasitənizlə onlara bir daha təşəkkür edirəm."

 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh