Sərnişin avtobusu çörək maşını ilə toqquşdu: 1-i ağır, 3 nəfər xəsarət alıb - FOTO

Qəzalar 5 Dekabr 2019 22:45 Oxunub 1018
Sərnişin avtobusu çörək maşını ilə toqquşdu: 1-i ağır, 3 nəfər xəsarət alıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis faktla bağlı təhqiqatlara başlayıb

Türkiyənin İstanbul şəhərində sərnişin avtobusunun və çörək daşıyan maşının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident bu gün saat 10.30 radələrində Qaziosmanpaşa rayonunda qeydə alınıb.

Məlumata görə, sərnişinlərin olduğu marşrut avtobusu naməlum səbəblərdən çörək daşıyan maşınla toqquşub. Zərbənin şiddətindən idarəetmədən çıxan avtobus park edilmiş minik avtomobilinə də çırpılıb. Qəzada hər üç nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar ambulanslarla xəstəxanaya çatdırılıblar. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

Polis faktla bağlı təhqiqatlara başlayıb.

 

Namiq Musayev

 

Gaziosmanpaşa’da Feci Kaza: 1’i Ağır 3 Yaralı

Gaziosmanpaşa’da Feci Kaza: 1’i Ağır 3 Yaralı

Gaziosmanpaşa’da Feci Kaza: 1’i Ağır 3 Yaralı

Gaziosmanpaşa’da Feci Kaza: 1’i Ağır 3 Yaralı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh