Polislərimiz bu gün 11.400 ağac əkdi - FOTO

Gündəm 6 Dekabr 2019 15:00 Oxunub 754
Polislərimiz bu gün 11.400 ağac əkdi  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daxili İşlər Naziriyinin və onun yerli qurumlarının şəxsi heyəti də fəal iştirak ediblər

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində keçirilən ağacəkmə kampaniyasında Daxili İşlər Naziriyinin və onun yerli qurumlarının şəxsi heyəti də fəal iştirak ediblər.

Belə ki, dekabrın 6-da Respublikanın daxili işlər orqanlarının şəxsi heyəti tərəfindən paytaxt Bakı da daxil olmaqla ölkəmizin digər şəhər və rayonlarında ümumilikdə 11.400 ədəd şam və küknar ağacı əkilib. Polis əməkdaşları tərəfindən əkilən ağacların suvarılması həyata keçirilib, onlara aqrotexniki qaydada qulluq göstərilib, ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh